Cəzaçəkmə müəssisəsinə spirtli maddə keçirilməsi cəhdinin qarşısı alınıb - FOTOLAR

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə spirtli maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Metbuat.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 133.2.1; 133.2.3; 133.2.4; 144.3; 182.2.3; və 66.3-cü maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qelaşvili Mogeli Tariyeloviç ilə qısamüddətli görüşə gəlmiş qohumu Gürcüstan Respublikası vətəndaşı Abuladze İvane Stepanoviçin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman plastik qabda kustar üsulla hazırlanmış spirtli maye aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

"18 yaşımda iki dəfə məhkəməylə hədələnmişəm" - Sənan Şəfizadəylə MÜSAHİBƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR