Ötən il Ermənistan ordusunun hərbi hissələrində 63 hərbçi ölüb.
Metbuat.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğu məlumat yayıb. Məlumatda bildirilir ki, ölən əsgərlərdən 27-si əsgər, 23-ü müddətdən artıq xidmət edən hərbçi, 2-si gizir, 11-i zabit olub.
Ermənistan Prokurorluğu ölüm səbəblərini də açıqlayıb. Açıqlamaya görə, ölümlərdən 11-i intihar, 2-si silah istifadəsi zamanı qaydaların pozulması, 3-ü xəstəlik, 1-i cinayət (əsgər yoldaşı tərəfindən öldürülmə), 6-sı qəza, 2-si döyüş qaydalarını pozma, 2-si isə uçuş qaydasını pozma nəticəsində baş verib.
Məlumatda bildirilir ki, 2017-ci ildə isə ölüm sayı 76 olub. Məlumata görə, ölümlərdən 10-u intihar, 4-ü silah istifadəsi zamanı qaydaların pozulması, 4-ü xəstəlik, 3-ü cinayət, 4-ü qəza, 4-ü isə xidmət zamanı yol qəzası nəticəsində olub.
Günay Elşadqızı / METBUAT.AZ