Qışda üşüməkdən və xəstəliklərdən qorunmanın yolları

Havaların soyuması bədənimizin tarazlığını pozaraq immunitet sistemini zəiflədir və xəstəliklərə tutulma riski daha da artır.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, qışda soyuqların təsiri ilə xəstələr daha çox hərarət, burun axıntısı, bədəndə ağrılar, öskürək və bəlğəm şikayətləri ilə həkimə müraciət edirlər.

Qışda havaların soyuması ilə bədənimizin temperaturunu qoruya bilmək üçün daha çox enerjiyə ehtiyac var. Beyindən gələn “acma” siqnalları yemək yemə istəyini artırır. Günəş şüalarının azalması D vitamini və serotonin (xoşbəxtlik hormonu) azalmasına səbəb olur və depressiyaya yol açır. Depresiyya isə karbonhidrat yemə istəyini və iştahı artırır.

Daxili xəstəliklər üzrə türkiyəli mütəxəssiz Sebahattin Karahan özümüzü soyuq havanın təsirindən qorunmağın yollarından danışıb. O, qış aylarında hədsiz meyvə əvəzinə acı bibər yeməyi, yeməklərə qarabibər əlavə etməyi, çay suyuna da mixək atmağı məsləhət görüb. Enerjili hiss etmək üçün şəkər əvəzinə şəkərli qidalardan- kartof, yer kökü, kələm kimi qidalardan istifadə etmək lazım olduğunu bildirib.

Mövsümlərdə geyim tərzi də çox vacibdir. Qışda qapalı, tünd rəngli, yayda isə açıq rəngli incə geyimlər geyilməlidir. Ayağı və başı isti saxlamaq, soyuq havalarda bədən temperaturunu bir qədər artıraraq özümüzü xəstəliklərə qarşı qoruya bilərik. Amma bu tək başına kifayət etmir. Bədənin digər hissələri də mütləq soyuq havalarda qorunmalıdır. İstilik tarazlığı üçün faydalı və müxtəlif qidalarla qidalanmaq, içində olduğunuz məkanların temperaturunu tənzimləmək və idmanla kimi fəaliyyətlərlə məşğul olmaq lazımdır.

https://metbuat.az/news/1109895/dunyanin-en-qeribe...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR