Bu adaya canlılar haradan gəlib? - Alimlər ŞOKDA

Sakit Okeanın cənubunda möcüzəvi bir ada var.

Metbuat.az bildirir ki, o okeanın ortasında tənhalığın heykəlinə bənzəyir. Bu səssiz qayalıq 562 metr hündürlükdədir. Adı Bols-Piramiddir.

Hesablamalara görə, Bols-Piramid 7000 il öncə bir vulkan püskürməsi nəticəsində yaranıb. Su üzərində yerləşən ən uzun qayalıqdır. 1788-ci ildə kapitan Henri Ball tərəfindən kəşf olunub.Qayalığa ilk dəfə 1965-ci ildə dırmanılıb. 1982-ci ildə isə adaya nəinki dırmanmaq, ayaq basmaq belə qadağan olunub.

Səbəb bir neçə il öncə buraya dırmaşan iki elm adamının tapdıqları olub. Onlar dənizdən 70 m hündürlükdə, otların arasında uzun müddətdir izi itən bir sirrin üstünü açıblar. Bu sirrin adada necə peyda olduğunu heç kim bilmir, amma həmin alpinistlərin hekayələri nəsildən-nəsilə ötürülməkdə, bu gün də danışılmaqdadır.

Bols-Piramiddən 13 mil məsafədə ondan bir az böyük başqa bir ada yerləşir. İddialara görə, bu adada bir vaxtlar insan əli böyüklükdə böcəklər yaşayıb. Avropalılar ona “ağac xərçəngi” deyirmiş. 12 sm uzunluğunda olan bu canlılar dünyanın ən ağır böcəkləri idi. Yerli balıqçılar bu böcəkləri tilovlarına yem kimi taxırmışlar.

1918-ci ildə bir ingilis gəmisi bu adada dayanır. Gəminin təmir olunub yoluna davam etməsi 9 gün çəkir. Bu zaman ərzində gəmidəki siçanlar adaya ayaq açırlar. Çox keçmədən onlar 6 ayağı olan iri böcəklərlər qarşılaşırlar. İki il sonra adada siçanların sayı artır, 1920-ci ildə böcəklərin nəsli kəsilir. 1960-cı ildə böcəyin nəslinin kəsilməsi rəsmi şəkildə elan edilir.

Bəzi alpinistlər Bols-Piramiddə bu böcəklərdən gördükləriniiddia etsələr də, buna ciddi reaksiya verən olmayıb. Çünki ağac xərçəngləri yalnız gecələr ortaya çıxırmış. Lakin 2001-ci ildə avstraliyalı elm adamları David Prittel və Klas Karli bu sirri açmağa qərar verib, qayalığa dırmanıblar. Bir neçə çəyirtkədən başqa heç nə tapmayıblar. Kor-peşman geri qayıdarkən 70 metr hündürlükdə, otların arasında təzə böcək peyininə rast gəliblər. Peyinin aid olduğu böcəyi görmək üçün gecə yenidən qayalığa dırmaşıblar. Həmin otluqda iki ağac xərçəngini görüblər. 90 il sonra ilk dəfə böcəklər insanlar tərəfindən görülüb.

Nəsli kəsildiyi düşünülən böcəklər hələ də planetimizdə yaşayır. David Prittel və Klas Karli otluğu dəqiq araşdırdıqda daha 24 böcək tapıblar. Onları təəccübləndirən əsas məsələ, böcəklərin 13 mil uzaqlıqdakı adadan qayalığa necə gəlmələriydi.Əsas sirr bu idi.

Elm adamları onlardan bir neçəsini qutuya qoyub götürmək,saylarının artması üçün xüsusi yetişdirmək haqda düşünüblər. Ona görə də özləriylə 4 böcək götürüblər. Lakin onlardan 2-si yolda ölüb. Alimlər sağ qalan iki böcəyin nəslini artırmağa nail olublar. 2008-ci ildə ağac xərçənglərinin sayı 11 minə çatıb. Qərara alıblar ki, böcəkləri ana vətənlərinə Bols-Piramiddən 13 mil məsafədə yerləşən adaya buraxsınlar. Lakin siçanlar da artıq adanın sakinləri arasındaydı. Tarix təkrarlana bilərdi. Əvvəlcə adanı siçanlardan təmizləmək lazım idi. Uzun sürən cəhddən sonra ada siçanlardan təmizləndi. Bu dəfə isə növbəti problem meydana çıxdı. Adadakı insanlar əl böyüklükdə böcəklərlə eyni yerdə yaşamaq istəmədilər. Alimlər böcəkləri ada sakinlərinə sevdirəcək kompaniyalara başladı. Nəhayət, məsələ həllini tapdı.

Ağac xərçənglərinin yaşadıqları adadan 13 mil uzaqdakı qayalıqlara necə gedib çıxması isə bu gün də sirr olaraq qalır. Bu sirr özüylə bərabər elm adamlarının qarşısına yeni suallar da çıxarır:

“Görəsən, nəslinin kəsildiyini hesab etdiyimiz başqa heyvanlar da hardasa yaşayırmı? Planetimiz bizə daha hansı sürprizləri təqdim edəcək?”.

Növbəti araşdırmalarda bu barədə məlumat alacaqsınız…

Xəyalə Məmmədova / METBUAT.AZ

Evdə əti donduran şəxslər, DİQQƏT! - Ən təhlükəsiz üsul / AQTA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR