Bu video polisləri işsiz qoydu - VİDEO

Bu video polisləri işsiz qoydu - VİDEO
10:47 14 Yanvar 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi bununla bağlı məlumat yaydı
Yeni il gecəsi tabel silahından havaya atəş açdığına görə Mahaçqalada 18 polis əməkdaşı işdən çıxarılıb.

Anspress-in məlumatına görə, bu haqda respublikanın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən SİTA agentliyi bildirir.

"Dövlət yol hərəkət təhlükəsizlik müfəttişliyinin 15 əməkdaşı işdən çıxarılıb. Bundan başqa, dövlət yol hərəkət təhlükəsizlik müfəttişliyinin daha üç vəzifəli şəxsinin işdən çıxardılması haqqda məsələ qaldırılıb. Xidməti yoxlama davam edir", - deyə Dağıstan Daxili İşlər Nazirliyinin rəsmisi İsamaqomed Soltanov qeyd edib.

Sosial şəbəkədə polislərin havaya necə atəş açdığı barədə videoçarx yayıldıqdan dərhal sonra onlar işdən qovulub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR