Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd olunacaq

Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd olunacaq
10:47 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Sarayında Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd olunacaq
Fevralın 4-də Heydər Əliyev Sarayında xalq artisti, bəxtəkar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, bəstəkarın 70 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıqla bağlı nazirlikdə iclas keçirilib.

Nazir müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi iclasda nazirliyin məsul əməkdaşları, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər. Ə. Vəliyev bildirib ki, yubiley tədbirləri il ərzində Bakıda, Moskvada, Türkiyədə, Gürcüstanda və Rusiyanın bir sıra digər şəhərlərində qeyd ediləcək.

Yubileylə əlaqədar fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Eşq və Ölüm" baletinin yeni quruluşda premyerası olacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR