Sökülməsinə qərar verilmiş tikintilərlə bağlı daha bir QƏRAR

Sökülməsinə qərar verilmiş tikintilərlə bağlı daha bir QƏRAR
10:49 14 Yanvar 2015
172 Sosial
Ölkə mətbuatı
A- A+

 

Nazirlər Kabineti “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nı təsdiq edib.

 

APA-nın məlumatına görə, reyestr  tikilən, istismar edilən, sökülən tikinti obyektləri barədə və ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi məqsədi ilə planlaşdırılacaq ərazidə tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı, habelə həmin ərazidə yerləşən torpaq sahələrində onların dəyərini əhəmiyyətli şəkildə artıran dəyişikliklər edilməsi ilə bağlı qadağaların qeydiyyatını aparmaqdan ibarətdir.

 

Bu Qaydalar reyestrə daxil edilən tikinti obyektlərinə dair məlumatları  və onların tərkibini, məlumatların reyestrə təqdim edilməsini, məlumatların reyestrə daxil olunmasından imtina edilməsini və imtina edilmənin əsaslarını və müddətini, məhdudiyyət və qadağaların qeydiyyatını müəyyən edir. Reyestrin aparılmasıDövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən büdcə vəsaiti  hesabına həyata keçirilir. Reyestrə daxil edilən məlumatlar “Milli arxiv fondu haqqında” qanunun tələblərinə uyğun olaraq saxlanılır. Reyestrin aparılmasında məqsəd yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən nəzərdə tutulmuş qadağa və məhdudiyyətləri, tikilən, istismar edilən və sökülən tikintiləri qeydə almaqla, onların istifadəsi, planlaşdırılmasına dair dövlət orqanlarını və bələdiyyələri, hüquqi və fiziki şəxsləri müvafiq məlumatlarla təmin etməkdən ibarətdir. Reyestrə daxil edilən məlumatların tərkibinə tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı tərəfindən reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən obyektin tikintisinə icazənin surəti, sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, situasiya planı və təyinatı barədə məlumat daxildir.

 

Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanı tərəfindən reyestrə tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları, tikinti obyektinin istismarına icazə verən orqanın adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası, tikinti obyektinin istismarına icazə verildiyi tarix və icazənin nömrəsi, tikinti obyektinin istismar təyinatı,  tikinti obyektinin əsas texniki göstəriciləri (layihə üzrə və faktiki), reyestr tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi,  tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsini və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı, sökülməsi nəzərdə tutulan tikinti obyektləri barədə məlumat (ünvanı,  ümumi sahəsi və həcmi), yerli icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən ərazi planlaşdırılmasına qoyulan qadağa və məhdudiyyətlərin tətbiqi ilə bağlı sənədlərin surətləri, məlumatlandırma icraatının tətbiq olunduğu, tikintisi başa çatmış tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surəti barədə məlumatlar təqdim edilir.

 

Reyestr respublikanın inzibati ərazi vahidləri üzrə kağız üzərində və elektron daşıyıcılarda aparılır. Yerli icra hakimiyyəti orqanı tikintiyə icazə verdiyi tarixdən 10 gün müddətində bu Qaydalarda nəzərdə tutulmuş sənəd və məlumatları  reyestrə təqdim edir. Bu məlumatlar reyestr kitabında qeydə alınır, 3 iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə  kod verilir  və  bu barədə bu Şəhadətnamə məlumatları təqdim etmiş yerli icra hakimiyyəti orqanına göndərilir. Kağız və elektron daşıyıcılarda qeydə alınmış göstəricilər bir-birinə uyğun olmalıdır. Fərq aşkar edilərsə, kağız üzərində olan yazılara üstünlük verilir. Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə həmin tikintilərdə müvafiq dəyişikliklər edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin yazılı göstərişi əsasında Reyestrdə müvafiq dəyişikliklər aparılır.

 

Bu Qaydalarda qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti reyestrdə qeydə alınmır və bu barədə 3  iş günü müddətində  məlumatları təqdim etmiş yerli icra hakimiyyəti orqanına əsaslandırılmış imtina məktubu göndərilir. Yerli icra hakimiyyəti orqanı çatışmayan sənəd və məlumatları imtina məktubunu aldığı tarixdən 5  iş günü müddətində reyestrə təqdim edir.  Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış,  lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydalarda tutulan  məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir.

 

Tikinti obyektinin  istismarına icazə verilməsinə dair qərar qəbul edildiyi gündən yerli icra hakimiyyəti orqanları bu Qaydalarda nəzərdə tutulmuş sənədləri  5 iş günü müddətində reyestrə təqdim edir və 3 iş günü müddətində bu məlumatlar Reyestrin internet səhifəsində yerləşdirilir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq sökülməsinə dair qərar qəbul edilmiş tikintilər barədə məlumatları müvafiq qərar qəbul etdikləri tarixdən 10 gün müddətində reyestrə təqdim edirlər. Bu məlumatlar tikinti Reyestr kitabında qeydə alınır, 3 iş günü müddətində elektron bazaya daxil edilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190288

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR