“Sevimli” görünüşlü şeytan heykəli narazılığa səbəb oldu

İspaniyanın Segova şəhərində hazırlanması planlaşdırılan şeytan heykəli “sevimli” görünüşü səbəbilə əhalinin narazılığına səbəb olub.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, yerli əfsanəyə əsasən hazırlanan bürünc heykəldə selfi çəkən və gülümsəyən şeytanın çox dost canlısı göründüyü deyilir.

Heykəli hazırlayan sənətçi etdiyi açıqlamada içinə yönəlmiş tənqidlərin onu çox təəccübləndirdiyini bildirib.

Şəhər sakinlərindən 5400-dən çox insan heykəlin ləğv olunması üçün bir sənəd imzalayıb.

Sənəddə şeytanın əlindəki telefonla “sevimli” göründüyü, “Şeytanın ucaldığı” və bu səbəblə xristianların narazılığına səbəb olduğu qeyd olunb.

Bundan başqa şeytanın “qorxunc və çirkin” göstərilməsinin lazım olduğu bildirilib.

http://metbuat-az.com/news/1110484/110-illik-agacd...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR