Ölkəyə aksiz markası olmayan 28 ədəd spirtli içki keçirilməsinin qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Azərbaycan Respublikası vətəndaşına məxsus "Mercedes-Benz E270" markalı nəqliyyat vasitəsində aksiz markasız spirtli içkilərin olduğu barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, həmin avtomobil Ağcabədi rayonu istiqamətində hərəkət edərkən Şəmkir rayonunda saxlanılıb və gömrük baxışı keçirilməsi üçün Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib.

Baxış zamanı avtomobilin salonunda sellofan torbaların içərisində üzərində aksiz markası olmayan, "Nemirovskaya osobaya" yazısı olan 28 ədəd 1 litrlik spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

"18 yaşımda iki dəfə məhkəməylə hədələnmişəm" - Sənan Şəfizadəylə MÜSAHİBƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR