Amerikalılar görüşə ultimatumla gəlmişdilər: Sensasiyalı DETALLAR AÇILDI

Amerikalılar görüşə ultimatumla gəlmişdilər: Sensasiyalı DETALLAR AÇILDI
15:13 16 Yanvar 2019
36 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya nümayəndə heyəti Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilənin gələcəyi haqqında danışıqlara gəlmiş Amerika tərəfinin ultimatumuyla rastlaşıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bun haqda mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

Lavron Vaşinqtonun mövqeyini “bütün müqavilələri pozmaq kursunun təzahürü” kimi xarakterizə edib. O qeyd edib ki, Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilə üzrə yanvarın 15-də Cenevrədə başlamış konsultasiyalar hələlik müvəffəqiyyətsizdir. Rusiyanın xarici siyasət idarəsinin başçısı səbəb olaraq Vaşinqtonun inadcıllığını göstərib.

Nazirin sözlərinə görə, Cenevrədə konsultasiyalarda amerikalılar mövzunu müzakirə etməyə hazırlaşmırdılar, onlar ultimatumla gəlmişdilər.

“Bu ultimatum 9M729 raketi və onun işəsalma qurğusunun məhv edilməsini nəzərdə tuturdu. Bu halda, raketin məhv edilməsi Amerika tərəfinin nəzarəti altında olmalı idi. Rusiya tərəfi ekspert səviyyəsində Amerika partnyorlarına əmin olmağı təklif edirdi ki, 9M729 raketi müqavilənin şərtlərini pozmur. Bizim təkliflərimiz eşidilmədi”, - Lavrov deyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/266397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR