ATU-da imtahanların tarixi dəyişdirilib

ATU-da imtahanların tarixi dəyişdirilib.

Metbuat.az xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və tədrislə bağlı tədbirlər təxirə salınır.
Əmr bütün ümumtəhsil, peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrinə aiddir. Eyni zamanda, ali məktəblərdə imtahan və kollokviumlar da ikigünlük təxirə salınıb.

Bununla əlaqədar olaraq, 2019-cu il yanvarın 17-si və 18-i Azərbaycan Tibb Universitetində imtahanlar təxirə salınıb. İmtahanlar yanvarın 19-u tarixinə keçirilib. Ətraflı məlumat üçün tələbələrin müvafiq fakültələrə müraciət etmələri xahiş olunur.

Aysel Yaqubqızı / Metbuat.az

"Tütündən imtina et" mobil aplikasiyası təqdim olunub - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR