Mənfi 67 dərəcədə 50 km qaçdı - VİDEO

Moldovalı idmançı Dmitri Voloşin -67 dərəcədə Sibir çöllərində 50 km qaçış edib.

Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Oymyakon bölgəsində gecə saatlarında qaçışa başlayan idmançı 6 saat dayanmadan qaçıb.

O, bu müddətdə həkim və xüsusi xilasedicilərin dəstəyini almayıb.

Voloşin bununla da yeni dünya rekorduna imza atıb.

Qeyd edək ki, Saha Respublikasının Oymyakon bölgəsi dünyada ən soyuq havanın hökm sürdüyü yerdir. Burada 80 il öncə -71,2 dərəcə temperatur qeydə alınıb.


"18 yaşımda iki dəfə məhkəməylə hədələnmişəm" - Sənan Şəfizadəylə MÜSAHİBƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR