"Azərsu" hava şəraiti ilə bağlı gücləndirilmiş rejimə keçdi

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı proqnozla əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

A.Cəbrayıllının sözlərinə görə, bu məqsədlə yanvarın 15-də qurumda rayon Sukanal idarələrinin rəhbərləri ilə görüş keçirilib: "Görüş zamanı idarə rəhbərlərinə tapşırılıb ki, kəskin hava şəraiti olacaq günlərdə idarələrin bütün əməkdaşları növbətçilik rejiminə keçsin. Tapşırığa görə, yerli sukanal idarələri gücləndirilmiş iş rejimində çalışacaq, növbətçilik təmin olunacaq. Məqsəd həmin günlərdə əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etməkdir. Necə ki, əhali adi günlərdə 24 saat içməli su ilə təmin olunur, həmin günlərdə də su ilə təminatda fasilə yaranmayacaq. Qrafiklə su alanlar da eyni qrafikdə içməli su ilə təmin olunacaq".

"18 yaşımda iki dəfə məhkəməylə hədələnmişəm" - Sənan Şəfizadəylə MÜSAHİBƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR