Azərbaycanda ən çox istifadə olunan elektron xidmət hansıdır?

Azərbaycanda ən çox istifadə olunan elektron xidmət hansıdır?
10:53 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti ötən ilin dekabr ayında da 153958 ədəd istifadə sayı ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən ən çox istifadə olunan elektron xidmətlər siyahısında birinci olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmçinin son bir ayda ƏƏSMN-in “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən istifadə sayı 68528 ədəd, “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı isə 18710 ədəd təşkil edib. Qeyd olunan dövrdə ƏƏSMN-nin yalnız bu 3 elektron xidməti üzrə istifadə sayı ümumilikdə 241196 ədəd olmaqla “Elektron hökumət” portalı üzərindən 43 qurum tərəfindən göstərilən 336 elektron xidmətə dair ümumi istifadə sayının (595596 ədəd) 40,4 faizi deməkdir.

Hər üç elektron xidmət ƏƏSMN tərəfindən ötən il əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi nəticəsində istifadəyə verilib. Bu sistem ölkədə əmək münasibətlərinin elektron müstəvidə qeydiyyata alınmaqla şəffaflaşdılmasına, bu sahəyə dövlət nəzarətinin təkmilləşdirilməsinə, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılmasına, işçilərin gələcək sosial və layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsasın yaradılmasına yönəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2352980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR