Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və
Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab
Mnatsakanyan arasında görüş keçirilib. Rusiyanın xarici işlər
naziri Sergey Lavrov Rusiyanın həmsədr ölkə olaraq Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində ötən il atdığı addımlardan da
danışıb. Rusiya sərhədləri yaxınlığında NATO-nun hərbi aktivliyinə
reaksiya verəcək. ABŞ-ın İranın ünvanına növbəti ittihamlar
səsləndirilib. Suriyanın Münbiç şəhərinin mərkəzində böyük bir
partlayış baş verib.
Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər
naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti
görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun
həmsədrləri İqor Popov (Rusiya) Stefan Viskonti (Fransa), Əndrü
Sxofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi
Andjey Kasprşik də iştirak edib.
Putin Ermənistanı sevir, lakin bu şərtlərdə İrəvanı
titrətməyə qərar verəcəksə, onda Qarabağ geniş muxtariyyətin
təminatı şərti ilə Bakının hakimiyyəti altına qayıdacaq. Heç kəs
Azərbaycana öz ərazi bütövlüyünü bərpa etməyə mane olmayacaq.
Azərbaycan əvvəlki ölkə deyil, bu güclənmiş, fəal inkişaf edən
dövlətdir. Sadəcə, Rusiya Dağlıq Qarabağ məsələsində balansın
qalmasına kömək edir.
Bunu Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri, Kremlin
ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqin
“Moskva-baku” portalına müsahibə verib.
Putindən Ermənistanı silkələyəcək QARABAĞ ADDIMI VƏ... - Kremlin ideoloqu HƏR ŞEYİ AÇDI
Rusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın həmsədr ölkə olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində ötən il atdığı addımlardan da
danışıb.
Lavrovdan Qarabağ AÇIQLAMASI: Ümid edirik ki, ermənilər...
Ermənistan Baş naziri Nikol Paşinyan artıq bəyan
edib ki, o, Qarabağla bağlı danışıqlarda Dağlıq Qarabağın yox,
Ermənistanın mövqeyini təmsil edərək iştirak edəcək.O, bu prinsipə bağlıdır. Bunu Ermənistan parlamentinin
Xarici əlaqələr komissiyasının sədri Ruben Rubinyan deyib. Onun
sözlərinə görə, Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmalar
erməni tərəfinin gündəmində qalmağa davam edəcək:
“Paşinyanla Əliyev arasındakı qeyri-rəsmi söhbət kontekstində
Düşənbədə heç bir fikir ayrılığı yoxdur. Məsələ tərəflər arasında
atəşkəs xəttində toqquşmaların aradan qaldırılmasından ibarət idi.
Bu söhbət nəticəsində İrəvan və Bakı arasında xüsusi əlaqə yarandı,
hansı ki, indiki mərhələdə gərginliyi əhəmiyyətli dərəcədə aşağı
salmağa imkan verdi”.
ABŞ-ın qalmaqallı özəl hərbi şirkəti “Blackwater”in
(sonradan adını “Academy” olaraq dəyişdirib) muzdlu əsgərləri
Suriyanı tərk edən Amerika hərbçilərini əvəz edə
bilər. Bu haqda şirkətin qurucusu, Birləşmiş
Ştatların Hərbi-Dəniz Qüvvələrinin keçmiş zabiti Erik Prins “Fox
Business” kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, şirkətin döyüşçüləri ABŞ-ın Suriyadan
çıxmasından sonra İran təsirinə qarşı mübarizə apara bilər. ABŞ-ın
Suriyada qalmaq üçün uzunmüddətli bir strategiyanın zəruri
olmadığını ifadə edən Prins, buna baxmayaraq, ABŞ-ın müttəfiqlərdən
(YPG/PKK terror təşkilatını nəzərdə tutur – red.) imtina etməsinin
yaxşı bir fikir olmadığını söyləyib.
Türkiyə “qətliamçılar”la ÜZ-ÜZƏ GƏLƏ BİLƏR: Trampa SENSASİON TƏKLİF
7 ölkə tərəfindən “Şərqi Aralıq dənizi Qaz
Forumu”nun qurulması ilə bölgədə təklənən Türkiyə yeni həmlələr
etməlidir. Bu sözləri Energetika İqtisadiyyatı
Dərnəyinin sədri Gürkan Qumbaroğlu deyib.
Professor bildirib ki, bu təşəbbüs Aralıq dənizini iki yerə
böləcək. Buna görə də Türkiyə bölgədəki qruplaşmaya qarşı yeni
“Şimal-şərqi Aralıq dənizi Qaz Forumu”nu qurmalıdır.
Yeni müharibənin cəbhələri hazırdır: Rusiya və Türkiyə Aralıq dənizində...
Bu gün Suriyanın Münbiç şəhərinin mərkəzində
yerləşən Kasr Əl-Umara restoranında böyük bir partlayış baş
verib. Qətərin "Əl-Cəzirə" telekanalının məlumatına
görə, partlayış nəticəsində ən azı 9 nəfər həlak olub. Xəbərdə daha
20 nəfərin yaralandığı bildirilir.
SSuriya kürdləri Suriyanın şimalında bufer zona
yaratmaqla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
təklifini qəbul etməyib. Bu barədə AFP Suriya
kürdlərinin təmsilçisi Aldar Xəlilə istinadla informasiya
yayıb.
“Türkiyə və Suriyanın şimalı arasında ayırıcı xətt yalnız BMT
sülhməramlılarının iştirakı ilə mümkün ola bilər. İstənilən digər
variant yolverilməzdir”, - Xəlil bildirib.
“İran Yaxın Şərq və Avropanı təhdid altında
saxlayacaq qitələrarası lazerli ballistik raket arxasınca
qaçır”. Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo
deyib.
O, İranın ötən gün kosmosa göndərdiyi və uğursuzluqla başa çatan
peyk layihəsinə işarə edərək açıqlama verib. Bildirib ki, İran
kosmik gəmi göndərməklə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik
Şurasının 2231-ci qətnaməsini pozub: “Bu da İranın bir daha Yaxın
Şərq və Avropanı təhdid altında saxlamağa çalışdığını
göstərir”.
ABŞ-dan GÖZLƏNİLƏN zərbə gəldi: 2 həftə ərzində... - İran ballistik raketləri...
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri
üzrə məsləhətçisi Con Boltonun Pentaqona İrana zərbə endirilməsi
variantlarının gözdən keçirməsini təklif etməsi haqqında məlumat
yayılmasından sonra ortaya daha bir iddia atıldı.
“Əl-Cəzirə” telekanalının aparıcısı və ABŞ-ın "The Intercept”
portalının yazarı Mehdi Həsən Boltonun Vaşinqtonun xarici
siyasətində artan təsirinə diqqət çəkərək “indi o, İranla müharibə
istəyir” deyib.
“Müharibəyə hazırlaşın!” XƏBƏRDARLIĞI EDİLDİ: Azərbaycan sərhədlərində DƏHŞƏTLİ SSENARİ
Rusiya sərhədləri yaxınlığında NATO-nun hərbi
aktivliyinə reaksiya verəcək. Bunu jurnalistlərə
açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Onun
sözlərinə görə, ABŞ öz iradəsini beynəlxalq ictimaiyyətə güc yolu
ilə sırımağa çalışır:
“Dünyadakı situasiya çətin olaraq qalır. Keçən il konflikt
potensialı artıb. Buna əsas səbəb ABŞ-ın rəhbərlik etdiyi bir sıra
Qərb ölkələrinin formalaşan çoxqütblü dünya reallığını qəbul
etməməsidir”.
Rusiyanın Liberal Demokrat Partiyasının lideri
Vladimir Jirinovski Yaponiyanın Rusiya ilə sülh müqaviləsi üzrə
danışıqları Tokionun “torpaqları ucuz almaq” cəhdi
adlandırıb. Partiya lideri bu haqda “Lenta.ru”
saytına müsahibəsində bildirib.
Yanvarın 22-də QƏTİ QƏRAR VERİLƏCƏK: torpaqlar qaytarılacaq, yoxsa... – GÖZLƏR MOSKVADA
Rusiya nümayəndə heyəti Orta və yaxın mənzilli
raketlərin ləğvi haqqında Müqavilənin gələcəyi haqqında danışıqlara
gəlmiş Amerika tərəfinin ultimatumuyla rastlaşıb. Bu
haqda mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey
Lavrov mətbuat konfransında bildirib.
Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının
şərtlərinə dair saziş layihəsi dəyişdirilə bilməz. Bu
barədə Avropa Komissiyasının sözçüsü Marqaritis Sçinas bildirib. O,
hal hazırda başqa heç bir şey edə bilməyəcəklərini qeyd edib:
“Böyük Britaniyanın sonrakı addımları haqqında xəbər
gözləyirik”.
"Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən
çıxması məsələsini Avropa Parlamentinə bu il mayın 23-26-da
keçiriləcək seçkilərdən sonraya təxirə salmaq mümkün
deyil". Bunu Avropa Parlamentinin "Brexit"
əlaqələndiricisi, Liberal Partiyası qrupunun rəhbəri Gi Verhofstadt
Strasburqdakı dinləmələrdə çıxışı zamanı bildirib.
“Brexit"i təxirə salmağı təklif edirlər, amma Avropa
Parlamentinə keçiriləcək seçkilərdən sonraya təxirə salınsa,
cəmiyyətimizdə, iqtisadiyyatımızda qeyri-müəyyənlik daha da
artacaq”, – o deyib.
Ukrayna təhlükəsizlik gücləri Donbasda Mironovsk su
anbarının şlüzlərini minalayıblar və onları partlada
bilərlər. Bu haqda “Luqansk Xalq Respublikası”
separatçı qurumun nümayəndəsi Andrey Maroçko jurnalistlərə
bildirib.
Onun sözlərinə görə, bu, ATƏT-in xüsusi monitorinq missiyasının
nümayəndəsi tərəfindən aşkar edilmiş və hesabatda öz əksini
tapmışdı.
“Biz dünya ictimaiyyətini və beynəlxalq hüquq müdafiə
təşkilatlarını bu fakta diqqət yetirməyə çağırırıq ki, su anbarının
şlüzlərinin partladılması Luqan çayında suyun səviyyəsinin
artmasına, Troisk, İrmino, Pervomaysk və Kalinov yaşayış
məntəqələrində daşqınlara gətirib çıxaracaq. Bu, dinc əhalisi
arasında böyük miqdarda qurbanlara, respublikanın bütün ərazisində
ekoloji və humanitar faciəyə gətirib çıxaracaq”, - separatçı
qurumun “müdafiə idarəsi”nin nümayəndəsi deyib.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/266430.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)