“Sumqayıt” yeni transferini rəsmən açıqladı

“Sumqayıt” yeni transferini rəsmən açıqladı
20:42 16 Yanvar 2019
49 İdman
Ölkə mətbuatı
A- A+

2018/19 mövsümünün üçüncü dövrəsinə hazırlığını davam etdirən "Sumqayıt" növbəti transferini həyata keçirib.Milli.Az komanda.az-a istinadən xəbər verir ki, sözügedən klub "Maşınsazi" (Təbriz) klubunda çıxış edən əslən azərbaycanlı hücumçu Peyman Babaei ilə müqavilə imzalayıb.1.5 illik icarə əsasında "Sumqayıt"ın şərəfini qoruyacaq olan Babaei 8 nömrəli formada çıxış edəcək.Qeyd edək ki, "Traktorsazi" klubunun yetirməsi olan Peyman Babaei Təbriz şəhərində anadan olub. 2015-ci ilə qədər adıçəkilən klubun şərəfini qoruyan 24 yaşlı futbolçu Təbrizin digər klubları "Göstəriş Fulad" (26 oyun, 7 qol) və "Maşınsazi"nin (14 oyun, 3 qol) uğurları üçün çalışıb.Milli.Az 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/721929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR