Norveç şelfində yeni qaz və kondensat yataqları kəşf edilib

Norveç şelfində yeni qaz və kondensat yataqları kəşf edilib
20:52 16 Yanvar 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ “Equinor” (əvvəlki “StatoilASA”), “Petoro”, “ExxonMobil” və “Total” neft şirkətlərindən ibarət konsorsium Norveç dənizinin şelfində yeni qaz və kondensat yataqları kəşf etdiklərini açıqlayıb.
“Report” xəbər verir ki, Norveçin “Equinor” şirkətinin bu barədə məlumatında yeni yataqdakı ehtiyatlar neft ekvivalentilə 6-25 milyon barel həcmində qiymətləndirilir.
“Equinor” şirkətinə məxsus sahənin yaxınlığında, “Kristin” platformasının 20 kilometrliyində yerləşən yataqda kəşfiyyat qazma işləri ötən ilin oktyabr ayında başlanmışdı.
Bundan əvvəl “Equinor” şirkəti Norveçin qitə şelfində yerləşən 29 sahəyə dair lisenziya aldıqlarını bildirmişdi. Bunlardan 7 sahə Şimal dənizi, 16 sahə Norveç dənizi, 7 sahə də Barens dənizinə aid ərazilərdədir. “Equinor” 13 lisenziya üzrə layihə operatoru, 16 lisenziya üzrə isə tərəfdaş qismində iştirak edir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/norvuc-selfinde-yeni-qaz-ve-kondensat-yataqlari-kesf-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR