Tbilisidə yaşayış binasında partlayış baş verib

Tbilisidə yaşayış binasında partlayış baş verib
21:22 16 Yanvar 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Tbilisi. 16 yanvar. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Didi Diğomi rayonunda yerləşən yaşayış binalarının birində partlayış baş verib.
“Report”un Gürcüstan bürosunun məlumatına görə, partlayışa qaz sızması səbəb olub.
Nəticədə binada dağıntı baş verib, pəncərələr sınıb. Hadisə yerinə xilasedicilər, yanğınsöndürən və "təcili tibbi yardım" maşınları cəlb olunub.
Dağıntılar altında bir neçə şəxsin qaldığı bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/tbiliside-yasayis-binasinda-partlayis-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR