İndoneziyada güclü zəlzələ baş verib - 5,7 bal

İndoneziyanın Açe əyalətində 5,7 bal gücündə zəlzələ meydana gəlib.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, zəlzələ yerin 165 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələ nəticəsində insan tələfatı və dağıntılar qeydə alınmayıb. Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

Xatırladaq ki, İndoneziyada 2004-cü ildə baş verən 9,1 bal gücündə zəlzələ nəticəsində 230 min insan ölmüşdü.

Aysel Yaqubqızı / Metbuat.az

Bakının əsas avtomagistrallarında sürət həddi endirildi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR