Kulinariya Assosiasiyasında 2018-ci ilin yekunlarına həsr olunmuş növbəti konfrans keçirilib

15 yanvar 2019-cu il tarixində Azərbaycan Milli Kulinariya Assosiasiyasının 2018-ci ilin yekunlarına həsr olunmuş növbəti konfransı keçirilib.

Metbuat.az xəbər verir ki, konfrans 20 yanvar faciəsinin 29-cu il dönümü ilə bağlı şəhidlərimizin xatirəsinin bir dəqiqəlik anımı ilə başlayıb.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezdenti Tahir Əmiraslanov 20 yanvar hadisələri barədə çıxış edib.

Konfrans öz işini 2018-ci illər ərzində görülmüş işlərin hesabatının qəbulu, 2018-ci il üçün Assosiasiyanın maliyyə hesabatının qəbulu, 2019-cu il üçün görüləcək işlər və tədbirlər planı və digər cari məsələlərlə davam etdirib.

Konfransda Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü usta dərəcəli aşpaz Seymur Cavadov assosiasiyanın usta aşpaz döş nişanı ilə təltif edilib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR