Polad Bülbüloğlunun yubileyinə hazırlıq başladı

Polad Bülbüloğlunun yubileyinə hazırlıq başladı
10:56 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Xalq artisti, Azərbayacanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun yubiley hazırlıqları başlayıb. ANS PRESS-in məlumatına görə, görkəmli ictimai və musiqi xadimi, bəstəkar, müğənni bu il 70 illiyini qeyd edəcək.

Bakının ən böyük sarayı olan Heydər Əliyev sarayında ictimai xadimin yubileyinə həsr edilən yubiley gecəsi baş tutacaq. Gecə fevral ayının 4-də saat 19:00-da olacaq.
Biletlərin qiyməti 25-30 manat arası dəyişir.

Yubileylə əlaqədar fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Eşq və Ölüm" baletinin yeni quruluşda premyerası olacaq.

Yubiley tədbirləri il ərzində Azərbaycanla yanaşı, Rusiya, Türkiyə və Gürcüstanda qeyd olunacaq.

Polad Bülbüloğlu (Məmmədov Polad Bülbül oğlu) 4 fevral 1945-ci ildə doğulub. Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq Mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri. Azərbaycan SSR xalq artistidir (1982). O, dünya şöhrətli xanəndə Bülbülün oğludur.

O, Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən dövlətimizin Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin -ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı “Məhəbbət və ölüm” baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə “2009-cu İlin Adamı” elan edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR