Bakıda külək dayanacağın damını uçurdu

Bakıda güclü külək avtobus dayanacaq məntəqələrindən birinə ziyan vurub.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, dayanacaq məntəqəsinin damı uçub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hadisə Əbdürrəhim bəy Haqverdiyev küçəsində qeydə alınıb.

"Artıq bununla bağlı BNA-nın əməkdaşları hadisə yerinə göndərilib. Yaranmış problem tez bir zamanda aradan qaldırılacaq".

Qeyd edək ki, Bakıda gecə saatlarından əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 4 ağac da aşıb.

Bakıda və Abşeron yarımadasında külək 30-35 m/saniyədək şiddətlənib - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR