Xəzərdə dalğanın hündürlüyü 6,2 metrə çatdı

Saat 10.30-a olan məlumata əsasən, Xəzər dənizi akvatoriyasında "Günəşli”yatağı ətrafına dalğanın hündürlüyü 6,2 metrə qədər yüksəlib.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Gecə saatlarından başlayaraq səhərə qədər Abşeron yarımadasında küləyin sürəti saniyədə 30-35 metr təşkil edib. Gün ərzində şiddətli külək davam edəcək:

"Bu prosesin ən kəskin dövrü günün ikinci yarısı və axşam saatlarında müşahidə olunacaq. Xəbərdarlığımı öz qüvvəsindədir. Küləyin maksimal surətinin Xəzər dənizi akvatoriyasında saniyədə 40 metrə çatacağı gözlənilir, dalğanın hündürlüyünün 8 metr və daha çox ola bilər. Noyabrın 18-də günorta saatlarından başlayaraq artıq yağıntılar kəsiləcək, külək tədricən səngiyəcək. Ancaq dəniz akvatoriyasında yüksək dalğa davam edəcək. Buna görə də dəniz akvatoriyasında qasırğa xəbərdarlığı daha iki gün davam edəcək”.//BakuPost

Bakıda və Abşeron yarımadasında külək 30-35 m/saniyədək şiddətlənib - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR