Ölkə ərazisində elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb - "Azərişıq"

Ölkə ərazisində ifrat təhlükəli hidrometeoroloji hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb.

Bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Qurum rəsmisi bildirib ki, "Azərişıq" əməkdaşları əhalinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri tədbirlər görüb: "Paytaxtda və ölkə ərazisində bütün rayonlarda "Azərişıq" əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Qəza təhlükəsi ehtimal edilən ərazilərdə əməkdaşlar qabaqlayıcı tədbir görüblər. Təhlükəsizlik məqsədilə bəzi ərazilərdə elektrik enerjisinin verilişinə 10-15 dəqiqəlik qısa fasilələr yaranıb. Amma hələlik vətəndaşlardan heç bir şikayət daxil olmayıb”.//Trend.az

Bakıda və Abşeron yarımadasında külək 30-35 m/saniyədək şiddətlənib - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR