"Azərbaycana gətirilən çap məhsulları ƏDV-dən azad edilsin" - Əflatun Amaşov

Azərbaycana gətirilən çap məhsulları Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməlidir.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Əflatun Amaşov bu gün keçirilən iclasında səsləndirib.

Onun sözlərinə görə, kitabların qiymətləri çox baha olduğu üçünxaricdən gətirilən çap məhsulları ƏDV-dən azad edilməlidir.

Komitənin sədri Rəfael Hüseynov isə bildirib ki, kitabların bahalaşmasının obyektiv səbəbləri var: "Kitabın maya dəyəri artıb. Bu, kitabın bahalaşmasının obyektiv səbəbidir. İfrat bahalaşmanın qarşısını almaq üçün müəyyən imtiyazlar olmalıdır. Xaricdən gətirilən nəşrlər – kitablar, xəritələr və s. üçün müəyyən güzəştlər olmalıdır ki, insanların onları almaq imkanları olsun, bu iş nizama salınmalıdır”.

Bakıda və Abşeron yarımadasında külək 30-35 m/saniyədək şiddətlənib - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR