Qış süfrələrindən əskik etməyin -Yarpaqları da çox faydalıdır

Bir çox insanın dadını bəyənmədiyi qış tərəvəzi gül kələm əslində bədənimizə saysız faydası olan şəfa qaynağıdır.

Metbuat.az bildirir ki, C vitamini və folik asit tərkibli gül kələm xüsusiyyətləri ilə həm xəstəliklərə qarşı qoruyur, həm də hüceyrə yenilənməmizə kömək edir.

Həm dəmir, həm də kalsium tərkibli gül kələm sümüklərimizi qorumağa kömək etdiyi kimi, dəmir əksikliyi ilə bağlı olan qansızlıqla da mübarizə aparır.

Gül kələmin yarpaqlarında xərçəngin qarşısını alan qoruyucu maddələr də mövcuddur.

Güclü bir antioksidan qaynağı olan gül kələm yarpaqları yorğunluğu aradan qaldırır. Gül kələmin tərkibində olan tiamin adlı maddə alzaymer xəstəliyinə qarşı da qoruyur. Bundan başqa gül kələm yaraqlarının tərkibindəki maddələr sinir sistemini qüvvətləndirmə xüsusiyyətinə malikdir.

https://metbuat.az/news/1110819/artiq-cekili-oldug...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR