“Dinimiz milli-mənəvi sərvətimizdir” adlı layihə çərçivəsində tədbir keçirilib - FOTOLAR

Ötən gün Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonu Bəlləbur kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Dinimiz milli-mənəvi sərvətimizdir” adlı layihə çərçivəsində rayonun Daşdatük kənd məscidində maarifləndirici tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, “Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan dinimizin qorunmasındagənclərin rolu” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov, Daşdatük kənd məscidi dini icmasının sədri Şahid Babayev və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında dini dəyərlərin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. Natiq gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda formalaşmasının vacibliyinə diqqət çəkib. E.Həmidli zəngin milli ənənələrimizə söykənən və müasir hüquqi normalarla tənzimlənən dövlət-din münasibətlərinin Azərbaycan modeli haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Daşdatük kənd məscidi dini icmasının sədri Şahid Babayev çıxışında İslam dininin sülh və həmrəylik dini olduğunu bildirərək, gənclərinmilli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasının zəruriliyini qeyd edib.

Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov və digərləri çıxışlarında gənclərimizin radikalizmdən qorunması və milli-mənəvi dəyərlərimizin təbliği baxımından keçirilən maarifləndirici tədbirləri yüksək qiymətləndiriblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR