Uğur gətirən pişik 317 min manata satılır - FOTO

İstənilən anlaşılmaz vəziyyətdə pişik sığallayın. Bu heyvanlar nadir cinsə aid olan bu tüklü dosta görə böyük məbləğdə pul ödəməyə hazır bir çox insanların sevimlisidir. Satıcılar bundan kifayət dərəcədə uğurla istifadə edir.

Bu yaxınlarda saytlardan birində sahibinin uğur gətirdiyini dediyi unikal pişiyin satılması haqqında elan verilib.

Rusiyanın Çelyabinsk vilayətinin sakini öz pişiyini 12 milyon 500 min rubla (317620 manat) satmaq qərarına gəlib.

O, bu yüksək qiyməti bəyaz tüklü xalis sibir cinsinə aid pişiyin evə xoşbəxtlik gətirmək və öz sahiblərini bədnəzərdən qorumaq xüsusiyyətinə malik olması ilə izah edib. Elanın sahibi dəqiqləşdirərək, qiymət endiriminə gedə biləcəyini də bildirib. Lakin o, nəyə görə bu cür unikal pişikdən ayrılmağa razı olduğunu dəqiqləşdirməyib.

Sosial şəbəkə istifadəçiləri inanılmaz qiyməti heyvan sahibinin ağılsızlığı ilə izah ediblər. Digərləri isə onun bu yolla öz pişiyinə diqqət cəlb etməyə çalışdığına əmin olduqlarını bildiriblər.

Qeyd edək ki, bu, sosial şəbəkədə yüksək qiymətə satılan ilk pişik deyil. Kemerovo sakinlərindən biri ekstrasens qabiliyyətinə malik pişiyini satması ilə bağlı əvvəllər elan verib. Lakin, o, öz heyvan dostu üçün cəmi beş milyon rubl pul (127050 manat) istəyib.//Sonxeber.az

Bakıda və Abşeron yarımadasında külək 30-35 m/saniyədək şiddətlənib - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR