"Qırmızı Körpü"də siqaretləri avtomobildə gizlədərək keçirmək istəyən şəxs saxlanılıb - FOTOLAR

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumat əsasında, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda idarə etdiyi "Fiat Doblo" markalı avtomobili ilə Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və onunla şifahi sorğu-sual aparılıb.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin salonunda ön sağ və sol oturacaqların içində, ön sağ və sol qanadların altında aksiz markası olmayan, üzərində "Marlboro" yazılan 4 000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bakıda və Abşeron yarımadasında külək 30-35 m/saniyədək şiddətlənib - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR