"Azəriqaz": Ölkə üzrə təbii qazın verilişində problem yaranmayıb

Yanvarın 16-sı gecədən etibarən "Azəriqaz" İstehsalat Birliyinin məsul şəxslərindən növbətçilik sistemi təşkil edilib.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bu barədə Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Onun sözlərinə görə, növbətçilik sistemi bütün respublika üzrə təşkil edilib: "Dünəndən etibarən bu dəqiqəyə qədər heç bir şikayət daxil olmayıb. Bu dəqiqəyə olan məlumata görə, bütün respublika üzrə təbii qazın verilişində problem yaşanmayıb, respublika üzrə heç bir qəza halı qeydə alınmayıb".

Qurum rəsmisi deyib ki, əgər hər hansı bir qəza halı yaşanarsa, “Azəriqaz” İstehsalat Birliyinin Qaz-qəza xidməti tərəfindən problemin aradan qaldırlması üçün zəruri tədbirlər görüləcək.

Bakıda və Abşeron yarımadasında külək 30-35 m/saniyədək şiddətlənib - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR