90 nəfər oftalmoloji müayinə olunub - SƏHİYYƏ

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası “20 yanvar” Cəmiyyətində 20 yanvar şəhid ailələri və əlilləri arasında tibbi aksiya keçirib.

Metbuat.az xəbər verir ki, aksiya zamanı 90 nəfər oftalmoloji müayinə olunub. Tibbi müayinədən keçənlərdə daha çox refraksiya patologiyası və katarakta aşkarlanıb. Onlara mütəxəssislər tərəfindən tövsiyələr verilib.

Bu humanitar aksiyanın keçirilməsində əsas məqsəd 20 yanvar faciəsində şəhid olanların ailələrini və əlilləri müayinə və müalicə etmək və əldə edilən nəticələri yerindəcə həll etməkdir. Şəhid ailələrinə və əlilərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir.

Aparılan bu işlərin məntiqi davamı olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən 20 yanvar şəhid ailələri və əlilləri oftalmoloji müayinə olunub.

Qış süfrələrindən əskik etməyin -Yarpaqları da çox faydalıdır


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR