SOCAR: Azərbaycanda neft-qaz yataqlarında hasilatın dayandırılması orta illik göstəricilərdə özünü cüzi göstərəcək

SOCAR: Azərbaycanda neft-qaz yataqlarında hasilatın dayandırılması orta illik göstəricilərdə özünü cüzi göstərəcək
17:15 17 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycanda güclü küləklə əlaqədar dənizdəki neft-qaz yataqlarında hasilatın dayandırılması orta illik göstəricilərdə özünü cüzi göstərəcək.

Bu barədə Trend-ə SOCAR-dan məlumat veriblər.

Məlumatda qeyd olunub ki, yaxın iki gün ərzində tufan dayanan kimi neftçilər platformalara qayıdacaq.

SOCAR-dan bildiriblər ki, hazırda iş bütün platformalarda dayanmayıb.

Xatırladaq ki, SOCAR dəniz platformalarından ümumilikdə 2,5 min neftçini təxliyə edib.

Şirkət havanın kəskin pisləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3007036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR