20-dən artıq qadını öldürmüş milis ömürlük həbs cəzası aldı

20-dən artıq qadını öldürmüş milis ömürlük həbs cəzası aldı
10:57 14 Yanvar 2015
78 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın İrkutsk vilayətində məhkəmənin hökmü ilə 22 qadını qətlə yetirməkdə təqsirli bilinən sabiq milis əməkdaşı Mixail Popkov cəzasını xüsusi rejimli kolonda çəkməklə ömürlük həbsə məhkum edilib. Bunu RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, 1994-2000-ci illərdə İrkutskun Anqarsk şəhərində günün qaranlıq saatlarında qadınların itdiyi müəyyən edilib.

Sonralar onların üzərində zorakılıq əlamətləri aşkarlanan meyitləri vilayətin müxtəlif şəhərlərinin ərazisində aşkar edilib.

2012-ci ilin iyununda yerli sakin, şəhər milisinin sabiq operativ əməkdaşı Mixail Popkov şübhəli şəxs qismində saxlanılıb.

Markinin sözlərinə görə, o, əvvəlcə üç qadını qətlə yetirdiyini etiraf edib: “Lakin düzgün planlaşdırılmış əməliyyat hərəkətləri nəticəsində onun 22 qətl və 2 qətlə cəhd hadisəsi törətdiyi müəyyən edilib”.

Təhqiqat zamanı 300-dən artıq müxtəlif ekspertiza, 2,5 mindən artıq gen araşdırması aparılıb, 2 mindən artıq şahid dindirilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR