“Yuventus”- “Milan” matçına baxmağa icazə verilən ərəb qadınlar - FOTO

“Yuventus”- “Milan” matçına baxmağa icazə verilən ərəb qadınlar - FOTO
20:27 17 Yanvar 2019
104 İdman
Ölkə mətbuatı
A- A+

Səudiyyəli qadınlar dünən bir il sonra yenidən futbol matçını stadionda izləyiblər.Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, qadınlar "Yuventus"- "Milan" qarşılaşmasını izləmək üçün Ciddə şəhərindəki "Kral Abdullah Sports Siti" stadionuna axın edib.Matç üçün 61 mindən çox bilet satılıb. Qarşılaşma Turin təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Oyunda yeganə qolu 61-ci dəqiqədə Kriştiano Ronaldu vurub.Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınlar tarixdə ilk dəfə 2018-ci ilin yanvarında "Əl-əhli Ciddə" və "Əl-batin" komandaları arasında matça stadionda baxıblar.Xatırladaq ki, qadınların futbol matçlarına stadionda tamaşa etmələrinə icazə verilməsi barədə qərar Səudiyyə Ərəbistanı hakimiyyət orqanlarının qadın hüquqlarının genişləndirilməsi proqramına daxildir.2015-ci ilin əvvəlindən hakimiyyətdə olan Kral Salman ibn Əbdüləziz Al Səud qadınların hüquqlarını genişləndirib. Qadınlar avtomobili sərbəst idarə etmək, stadionlara, restoranlara və kinoteatrlara getmək, dövlət məktəblərində oxuyan qızlar isə idmanla məşğul olmaq imkanı əldə edib.Milli.Az 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/722250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR