Avropa Nüvə Tədqiqatları Mərkəzi yeni superkollayder tikəcək

Avropa Nüvə Tədqiqatları Mərkəzi yeni superkollayder tikəcək
08:37 18 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) Böyük Adron Kollayderindən dörd dəfə böyük və altı dəfə güclü olacaq yeni hissəciklər sürətləndiricisinin tikintisi ilə bağlı planı əks etdirən hesabat təqdim edib.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, texniki hesabatda Gələcək Dövri Kollayder (Future Circular Collider - FCC) üçün bir neçə ilkin layihə təklif olunur. Layihənin dəyəri 9-21 milyard avro arasında dəyişir.Gözlənilir ki, Böyük Adron Kollayderinin yaxınlığında inşa ediləcək yeni kollayderin çevrəsinin uzunluğu təxminən 100 km təşkil edəcək. Kollayderdə tədqiqat işlərinə 2040-cı ildə başlamaq nəzərdə tutulur.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/722150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR