Qalmağa yeri olmayan 17 yaşlı gənc sığınacağa yerləşdirildi

Daimi yaşayış və getməyə yeri olmayan 17 yaşlı gənc Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə qəbul edilib.

Metbuat.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib. Onun sözlərinə görə, Kərimov Məmməd (ad şərtidir) qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində müəssisədə yaşayacaq və sosial xidmətlərlə təmin ediləcək.

F.Talıbov əlavə edib ki, bu müddətdə onun sosial reabilitasiyası üçün müvafiq işlər aparılacaq.

Bu gün hava necə olacaq? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR