2 nəfər sirkə turşusundan zəhərlənib - Birinin vəziyyəti orta ağırdır: Baş həkim

"Cari ildən ümumi dəm qazından 28, sirkə turşusundan 2, allergik reaksiyadan 4 nəfər Bakı şəhər Kliniki Tibbi Mərkəzinə müraciət edib".

Bunu Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov Metbuat.az-a açıqlamasında deyib.

O bildirib ki, son iki gündə dəm qazından zəhərlənmə ilə bağlı 16 müraciət olub, onlardan 6 nəfəri Tibbi Mərkəzə daxil olub.

Ümumi götürdükdə isə dəm qazından zəhərlənmə ilə bağlı bugünə qədər 28 müraciət olub, onlardan 12 xəstə mərkəzə yerləşdirilib. Dəm qazından zəhərlənənlərin vəziyyəti stabildir. 10 nəfər evə buraxılıb, 2-sinin bu gün evə buraxılması nəzərdə tutulur.

A.Maqsudov bildirib ki, sirkə turşusundan zəhərlənən 2 nəfərdən birinin vəziyyəti orta ağırdır, allergik reaksiyayla Mərkəzə daxil olan 4 nəfərin vəziyyəti isə stabildir. Həyatı üçün təhlükə yoxdur.

Aysel Yaqubqızı / Metbuat.az

Nazirlik: Bakıda bir nəfərin üstünə reklam lövhəsi aşdı - Vəziyyəti orta ağırdır


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR