Güclü külək bəzi məktəblərə ZİYAN VURUB

Yanvarın 17-si güclü külək nəticəsində paytaxtdakı bəzi ümumi təhsil müəssisələrinə müəyyən dərəcədə ziyan dəyib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Metbuat.az-a verilən məlumata görə, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 188 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi güclü külək nəticəsində uçub. Bununla əlaqədar müvafiq qurumlara məlumat verilib. Xəsarət alan olmayıb. Ərazi nəzarətdə saxlanılır.

Güclü külək nəticəsində 97, 165, 228 nömrəli tam orta məktəblərin dam örtüyü müəyyən dərəcədə zədələnib, 197 nömrəli tam orta məktəbin qazanxanasının dam örtüyünün bir hissəsi uçub, 139 nömrəli tam orta məktəbin idman zalının pəncərəsi, bəzi məktəblərdə bir neçə sinif otağının pəncərəsi sınıb, 126, 14, 253 nömrəli tam orta məktəblərin ərazisində olan bir neçə ağac aşıb. Xəsarət alan olmayıb, hazırda həmin ərazilər nəzarətdə saxlanılır.

Qeyd edək ki, hava şəraiti ilə bağlı BŞTİ-də Qərargah yaradılıb. Qərargahın yaradılması ilə bağlı bütün məktəb direktorları öncədən məlumatlandırılıb, xüsusi hallara dair hərəkət təlimatı verilib. Qərargah 24 saat fəaliyyət göstərir. Hər hansı xüsusi hal baş verdikdə məktəb rəhbərləri Qərargah üçün müəyyən edilmiş əlaqə vasitələrinə dərhal məlumat verirlər.

Təhsil Nazirliyinin Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb və tədrislə bağlı tədbirlər təxirə salınıb.

Bu gün hava necə olacaq? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR