Tolik: "Zamiqi efirə çağırmıram, 2 saatımı ona həsr edə bilmərəm"

Prodüser Tarix Əliyev (Tolik) müğənni Zamiq Hüseynovla bağlı qalmaqallı açıqlama verib.

Metbuat.az faktor.az-a istinadən xəbər verir ki, Tolik "Hər şey daxil" verilişində ifaçının son mahnılarının hit olmadığını deyib:

"Zamiqin 1 ay içində "Özü bilər" mahnısının 1 milyon baxış yığmağını şişirtdilər. Aysun İsmayılovanın "Mashup"ı 2 günün içində 3 milyon baxış yığdı. Zamiqi şişirtdilər... 30 gün içində 1 milyon baxış göstərici deyil. Mənim üçün Zamiqin sonuncu sevilən mahnısı "Kaman" olmuşdu. Yadımda qalmır. Zamiq özünə hörmət edən sənətçidir, Brilliant Dadaşova məktəbi keçib. Amma son vaxtlar onun "Kaman"dan başqa mahnısı tutmadı. İnsanların sənə tələbatı olmalıdır. Ətrafının hesabına gündəmdə qalmamalısan".

Tolik Zamiqi efirə dəvət etməməyinin səbəbini açıqlayıb:

"Zamiqi efirə dəvət etmirəm. Çünki efirə tək gəlmək istəyir. Heç xalq artistləri var ki, efirə tək çağırmıram. 2 saatımı Zamiqə həsr edə bilmərəm. Kiminsə sifarişi ilə veriliş hazırlaya bilmərəm".

Bu gün hava necə olacaq? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR