Bakı sakinindən soyuq silah və tüfəng götürülüb

11:02 14 Yanvar 2015
111 Digər
Ölkə mətbuatı
A- A+

[ 14 Yanvar 2015 10:59 ]


Bakı. Fuad Cəfərov -APA. Bakı sakinində silah aşkar edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Elnur Güloğlan oğlu Cəbiyevin üzərindən soyuq silah hesab edilən avtomatik düyməli bıçaq, idarə etdiyi “Mercedes” markalı avtomobildən qundağı və lüləsi kəsilmiş İJ-K-16 X 7056UK markalı tüfəng, 5 ədəd 16 mm patron aşkar olunaraq götürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR