Ana qızının xilası naminə böyrəyini bağışlayıb - SƏHİYYƏ

Növbəti uğurlu böyrəkköçürmə əməliyyatı 28 yaşlı qadın pasiyent üzərində “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.

Klinikadan Metbuat.az-a verilən məlumata görə, xəstənin donoru – anası bütün tibbi göstəricilərə görə marginal (standartlara uyğun olmayan) donor olub. Klinikanın həkim-mütəxəssis komandası – cərrah-uroloq, nefroloqların birgə əməyi sayəsində əməliyyat uğurla keçib.

Pasiyent və donor tamamilə yaxşı vəziyyətdə evə yazılıblar.

Aysel Yaqubqızı / Metbuat.az ATU rəhbərliyi ilə “Memorial Sağlık Grubu" nümayəndələri arasında görüş olub - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR