ADRA-da 20 yanvar şəhidlərinin xatirəsini yad edildi - FOTOLAR

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin kollektivi 20 yanvar şəhidlərinin xatirəsini anıb.

Metbuat.az xəbər verir ki, öncə şəhidlər bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimində çıxış edən Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadov keçmiş Sovet ordusunun xüsusi təyinatlılarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzü insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib. 20 Yanvar faciəsi və xalqımızın azadlıq mübarizəsi haqqında danışan direktor onun milli oyanış hərəkatı kimi tarixi önəmini vurğulayıb: “Xalqın çətin anında yalnız Ulu Öndər Heydər ƏliyevRusiyanın paytaxtı Moskva şəhərində mətbuat konfransı təşkil edərək qanlı faciəni dünya ictimaiyyətinə çatdırıb və onunla bağlı bəyanat verib”.A. İbadov bildirib ki, məhz Heydər Əliyevin səyi nəticəsində 1994-cü ildə 20 yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilib. Bu gün də 20 yanvar şəhidlərinin xatirəsi ölkə başçısı cənab İlham Əliyev tərəfindən əziz tutulur, dövlət tərəfindən şəhid ailələrinə layiqincə diqqət göstərilir.

Daha sonra millət vəkili Aydın Mirzəzadə çıxış edərək 20 yanvar 1990-cı ilin Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu söyləyib. Qonaq bildirib ki, məhz həmin gün Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq, bu dəyər uğrunda canından keçməyə hazır yüzlərlə övladının olduğunu,öz mübarizliyini, əyilməzliyini, məğrurluğunu bütün dünyaya nümayiş etdirib.

DövlətReklam AgentliyininMonitorinq və Nəzarət şöbəsinin Analitik təhlil sektorunun müdiri Soltan Məmmədovisə çıxışında1990-cı ilin yanvar qırğınının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini söyləyib. Bakı sakinlərinin paytaxtda baş verən bu qanlı hadisəni hec vaxt unutmayacağını bildirib.

Sonda tədbir iştirakçılarına 20 yanvar şəhidlərinə həsrolunan film nümayiş olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR