Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində“Daxili audit üzrə” Ekspert Qrupu yaradılıb.
Metbuat.az xəbər verir ki, yeni Ekspert Qrupunun yaradılması haqqında qərar 16 yanvar 2019-cu il tarixində ABA-nın Rəyasət Heyətinin iclasında qəbul edilib.
Ekspert Qrupunda aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:
•Beynəlxalq təcrübələrin öyrənilməsi və vahid yanaşmaların tətbiqinin təşkili,
•Daxili audit işinə dair normativ aktların yenilənməsi / hazırlanması,
•Auditorlarınpeşəkarlıqdərəcələrininartırılmasıməqsədilətəlim/konfrans/ seminarların təşkili
•Daxili audit işi ilə bağlı təhlil və araşdırmaların aparılması
•Bankfəaliyyətinitənzimləyənhüquqinormativbazanınyenilənməsi/mövcud problemlərin həlli
•Xarici təşkilatlarla işgüzar münasibətlərin qurulması
Qeyd edək ki, qrupa rəhbərlik “Azərbaycan Beynəlxalq Bankı” ASC-in Daxili Audit Departamentinin direktoru Elgün Qurbanova həvalə edilib.
Elgün Qurbanov müəyyən vaxtlarda “Bank of Baku” ASC-nin Daxili Audit Departamentinin direktoru, İdarə Heyətinin Sədrinin müşaviri, filial direktoru vəzifələrində çalışıb.
Elgün Qurbanov Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit üzrə bakalavr və magistr üzrə təhsil alıb.