"Kəpəz" fəaliyyətini dayandırdı - Komanda məşqə çıxmır

"Kəpəz" fəaliyyətini dayandırdı - Komanda məşqə çıxmır
13:32 18 Yanvar 2019
36 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın futbol üzrə I divizionunda çıxış edən "Kəpəz" klubunun futbolçuları məşqə çıxmaqdan imtina edib.Milli.Az xəbər verir ki, bu barədə "qaynarinfo"ya kluba yaxın mənbə məlumat verib.Bildirilib ki, futbolçular artıq iki gündür məşqə çıxmır. Buna səbəb isə 3 aydır maaşların verilməməsidir. AFFA tərəfindən himayə olunan klubun üzvlərinə hər həftə maaşların ödəniləcəyi ilə bağlı vəd verilsə də, buna əməl olunmur. Qeyri-müəyyənlikdən bezən futbolçular da məşqə çıxmaqdan imtina edib.Qeyd edək ki, Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunandan sonra oğlu Elmir Vəliyev də "Kəpəz"in Müşahidə Şurasının sədrliyindən istefa verib. Bundan sonra onun adamları da klubdan kənarlaşdırılıb. Hazırda Gəncə klubu rəhbərsiz qalıb. AFFA-dan tezliklə kluba rəhbər göndəriləcəyi bildirilsə də, bu baş verməyib. Onu da qeyd edək ki, I divizionda çıxış edən "Kəpəz" qış fasiləsinə qədər keçirdiyi 13 oyunda 11 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.Milli.Az
 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/722419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR