Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) Prezidenti İlqar Rəhimovla İctimai Televiziyanın Baş Direktoru Balakişi Qasımov arasında görüş keçirilib.Milli.Az xəbər verir ki, görüş zamanı İ.Rəhimov Azərbaycanda paralimpiya hərəkatı, bu sahədə görülən işlərlə bağlı məlumat verib. O qeyd edib ki, ölkəmizdə sağlamlıq imkanları məhdud olan insanların idmanla məşğul olması, yerli və beynəlxalq yarışlara qatılması üçün şərait yaradılıb. Minlərlə vətəndaşımız paralimpiya hərəkatına qoşulub, ən mötəbər beynəlxalq yarışlarda bayrağımızı yüksəklərə qaldırırlar.İ.Rəhimov bildirib ki, belə beynəlxalq yarışlardan biri də May ayında Bakı şəhərində keçiriləcək. Onun sözlərinə görə, 13-14 may tarixlərində Bakı şəhərində para cüdo idman növü üzrə "Qran pri" yarışı baş tutacaq. Şəhərimizdə ilk dəfə keçiriləcək bu mötəbər yarışda 43 ölkədən 250 idmançı iştirak edəcək.İctimai Televiziyanın Baş Direktoru Balakişi Qasımov da öz növbəsində Azərbaycanda paralimpiya hərəkatını izlədiyini qeyd edib. Azərbaycanlı idmançıların uğurlarından söz açıb. O qeyd edib ki, İctimai Televiziya Azərbaycanda sosial layihələrə hər zaman diqqətlə yanaşır. Fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün həyata keçirilən bütün işləri dəstəkləyir.Görüşün yekunu olaraq İctimai Televiziya ilə ARMPK əməkdaşlıq memorandumunun imzalanması barədə ilkin razılıq əldə edilib. Əməkdaşlıq çərçivəsində İctimai Televiziya Bakıda keçiriləcək para cüdo idman növü üzrə "Qran Pri" yarışını canlı yayımlayacaq.Milli.Az
İctimai Televiziya Bakıda keçiriləcək Para Cüdo yarışlarının rəsmi tərəfdaşı olacaq
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
Krım körpüsü bağlandı
25 Aprel 2024
01:15
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirildi
25 Aprel 2024
00:18
Ölkə kuboku əlavə prestijdir -
24 Aprel 2024
23:45
Lənkəranda keçmiş polis anasına görə öz həyatına qəsd etdi -
24 Aprel 2024
23:05
Tanınmış meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi
24 Aprel 2024
22:48
"Qarabağ" - "Neftçi" oyununda vurulan qol diqqət çəkdi -
24 Aprel 2024
22:28
İlk oyunun nəticəsi hər iki komandaya təsir etdi -
24 Aprel 2024
22:19
Paşinyanın xanımı təhqir olundu -
24 Aprel 2024
22:05
Kubok oyununda darmadağın -
24 Aprel 2024
21:42
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi
24 Aprel 2024
21:28