BMT 2019-cu illə bağlı qərar qəbul etdi - Təhlükə doğuran risklər...

BMT 2019-cu illə bağlı qərar qəbul etdi - Təhlükə doğuran risklər...
15:53 18 Yanvar 2019
56 Dünya
Ölkə mətbuatı
A- A+

2019 Beynəlxalq Yerli Xalqların Dilləri İli elan olunub.

Publika.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası bu qərarı qlobal diqqəti yerli dillər üçün təhlükə doğuran risklərə yönəltmək məqsədi ilə qəbul edib.

UNESCO-nun saytında verilən xəbərə görə, BMT-nin Baş Assambleyası dayanıqlı inkişaf, sülh quruculuğu və barışığı təmin etmək üçün yerli dillərin əhəmiyyətini vurğulayıb. Buna görə 2019-cu ilin Beynəlxalq Yerli Xalqların Dilləri İli kimi elan olunması həmin dillərin inkişafı ilə yanaşı yerli əhalinin məişət səviyyəsinin yüksəlməsinə hesablanıb.

Beynəlxalq Yerli Xalqların Dilləri İlinin rəsmi açılışı yanvarın 28-də Parisdə keçiriləcək. Tədbir UNESCO-nun, həmçinin BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin, beynəlxalq ilin təşkili üzrə rəhbər komitənin üzvlərinin birgə təşkilatçılığı ilə reallaşacaq. “Yerli xalqların dilləri dayanıqlı inkişaf, sülh quruculuğu və barışıq üçün vacibdir” mövzusunda keçiriləcək tədbir yüksək vəzifəli məmurları, yerli xalqların, vətəndaş cəmiyyətlərinin, elmi ictimaiyyətin, mətbuatın, BMT qurumlarının, dillərlə bağlı ictimai təsisatların və özəl sektorun nümayəndələrini bir araya gətirəcək.

Rəsmi tədbirin keçirilməsində məqsəd konstruktiv debatlara qlobal imkan yaratmaqdır. Tədbirdə yerli xalqların dillərinin müdafiəsi, populyarlaşdırılması və digər bu kimi məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/266640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR