Teymur Rəcəbovu məyus etdilər

Teymur Rəcəbovu məyus etdilər
11:05 14 Yanvar 2015
173 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnirdə IV turun matçlarına yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk 3 oyunda heç-heçə edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 4-cü cəhdində məğlubiyyətə üzülüb.
  
Təmsilçimiz çinli Din Liren qarşısında “ağ bayraq” qaldırıb. Bu məğlubiyyət Rəcəbovun 10-cu pilləyə enməsi ilə nəticələnib. Vasili İvançuk (Ukrayna) isə vahid liderə çevrilib.
  
Teymur V turda qara fiqurlarla Uesli Sonu (ABŞ) sınağa çəkəcək.
 
Turnir cədvəli: Vasili İvançuk (Ukrayna) – 3,5 xal; Fabiano Karuana (İtaliya), Din Liren (Çin) – 3; Radoslav Vojtaşek (Polşa), Uesli So (ABŞ) – 2,5; Maksim Vaşye-Laqrev (Fransa), Aniş Qiri (Hollandiya), İvan Şariç (Xorvatiya), Maqnus Karlsen (Norveç) – 2; Teymur Rəcəbov (Azərbaycan), Levon Aronyan (Ermənistan) – 1,5; Lyuk Van Veli (Hollandiya), Hou İfan (Çin) –1; Baadur Jobava (Gürcüstan) – 0,5.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR