“Silk Way Helicopter Services” sərnişinin həyatını xilas etmək üçün əlverişsiz hava şəraitində uçdu

“Silk Way Helicopter Services” sərnişinin həyatını xilas etmək üçün əlverişsiz hava şəraitində uçdu
18:01 18 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Silk Way Helicopter Services” (SWHS MMC) gecə saatlarında, əlverişsiz hava (qasırğa) və məhdud görüntü şəraitində xəstə sərnişinin təcili tibbi təxliyəsi üçün “Şahdəniz Bravo” platformasına uçuş həyata keçirib.

“Silk Way Helicopter Services”in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, uçuş bütün struktur bölmələrin ahəngdar fəaliyyəti və aviaşirkətin pilotlarının peşəkarlığı sayəsində müvəffəqiyyətlə yerinə yetirilib.

Sərnişin uğurlu şəkildə xəstəxanaya çatdırılıb və həyatı üçün heç bir təhlükə yoxdur.

İnsanların həyatını xilas etmək SWHS üçün prioritetdir və onun əsas məqsədlərindən biridir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/interestingly/3007625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR