Gürcü deputat: “20 Yanvar Azərbaycan üçün dönüş nöqtəsi olub”

Gürcü deputat: “20 Yanvar Azərbaycan üçün dönüş nöqtəsi olub”
20:57 18 Yanvar 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Tbilisi. 18 yanvar. REPORT.AZ/ “20 Yanvar yeni, müstəqil, azad və inkişaf edən Azərbaycan üçün dönüş nöqtəsi olub”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Giorgi Mosidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin gün azadlıq tələb edən Azərbaycan xalq can verməkdə olan imperiyanın qalıqları altında əzilib: “Gürcüstanda da 1989-cu il aprelin 9-u faciəvi tarixdir. Lakin eyni zamanda məhz həmin faciəvi günlərdə həm Azərbaycan, həm də Gürcüstanda yeni dövr yarandı”.
Deputat Azərbaycanın hər zaman müstəqil olaraq inkişaf edəcəyinə əmin olduğunu bildirib: “Azərbaycanın inişafına nə hər hansı bir bir xarici qüvvə, nə də hər hansı bir çəkişmə mane ola biləcək”.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/gurcu-deputat-20-yanvar-azerbaycan-ucun-donus-noqtesi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR