Son günlər Ermənistan parlamentində İranın əleyhinə səslənən bəyanat və Tehran rəsmilərinin Bakıya səfərləri zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bakının ədalətli mövqeyini dəstəkləməsi Yerevanda Tehranla münasibətlərin perspektivinə dair narahatlığa səbəb olub.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ermənistanın yeni parlamentində deputat Ayk Koncoryanın İranı "avtoritar dövlət" adlandırmasına rəsmi Tehranın reaksiyası geciksə də, siyasi icmalçılar bu cür düşünülməmiş çıxışların Ermənistan və İran arasında ciddi gərginliyə səbəb olacağını bildirirlər. Siyasi icmalçı Artyom Tonoyan bu məsələ ilə əlaqədar qeyd edib ki, Rusiya ilə münasibətlərin də "qənaətbəxş olmadığı bir vaxtda" deputatların İranla bağlı bu cür bəyanatları ikitərəfli əlaqələrdə ciddi problemlər yarada bilər.İranın "Pars Today" agentliyi isə qeyd edib ki, sözügedən bəyanatın müəllifi olan erməni deputat parlament rəhbərliyi və ekspertlərin təzyiqindən sonra İrandan üzr istəməli olub. Rəsmi Tehranın bu cür bəyanatlara münasibətdə təmkinli davrandığını diqqətə çatdıran ekspertlər hesab edirlər ki, Ermənistan parlamentində heç bir təcrübəyə malik olmayan yeni deputatlar dövlətlərarası münasibətlərə dair təhlükəli çıxışlara son qoymalıdırlar.Ekspertlər İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin Bakıya səfəri zamanı Tehranın Qarabağ torpaqlarını Azərbaycan əraziləri hesab etməsi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, həmçinin sərhədlərin zor gücü ilə dəyişdirilməsinin qəbuledilməzliyi haqqında fikirlərinin Yerevanda böyük təlaşa səbəb olduğunu da bildirirlər.Milli.Az
Ermənistan-İran münasibətlərində gərginlik yarana bilər
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına
19 Aprel 2024
16:06
Merkuri retrosu bitir:
19 Aprel 2024
16:05
İranın nüvə silahı yoxdur -
19 Aprel 2024
16:01
İsrailin İrana zərbəsinə
19 Aprel 2024
15:52
"Ağgöl Milli Parkında ceyran populyasıyası inkişaf edir" -
19 Aprel 2024
15:49
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə -
19 Aprel 2024
15:40
"Whatsapp" ilə bağlı "Apple"dan
19 Aprel 2024
15:38
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti
19 Aprel 2024
15:29
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə
19 Aprel 2024
15:21
Tovuzda gənc oğlan 12 yaş böyük sevgilisini
19 Aprel 2024
15:08